AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google Gmail-də spam və inbox probleminin həll olunduğunu açıqladı

27.01.2026 / Maraqlı məlumatlar

Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google Gmail istifadəçilərinin son günlərdə üzləşdiyi spam və e-poçtların səhv qovluqlara düşməsi problemi ilə bağlı açıqlama verib. Şirkət bildirib ki, problem artıq tam şəkildə aradan qaldırılıb.

Gmail üçün rəsmi Google Workspace status panelinə əsasən, nasazlıq şənbə günü başlayıb. İstifadəçilər e-poçtların yanlış şəkildə “Əsas” (Primary) qovluğuna düşdüyünü və tanınmış göndəricilərdən gələn məktubların belə spam kimi işarələndiyini müşahidə ediblər. Bir çox istifadəçi sosial şəbəkələrdə şikayət edərək bildirib ki, normalda “Promosiyalar”, “Sosial” və ya “Yeniləmələr” bölməsində görünməli olan məktublar birbaşa əsas inbox-a düşüb. Digərləri isə spam filtrinin “tamamilə pozulduğunu” və bütün spam məktubların birbaşa inbox-da göründüyünü qeyd edib.
Google gün ərzində status panelində yeniləmələr paylaşaraq problemin aradan qaldırılması üzərində işlədiyini bildirib. Şənbə axşamı isə şirkət problemin bütün istifadəçilər üçün tam həll olunduğunu açıqlayıb. Google-un son açıqlamasında deyilir ki, problem səbəbindən bəzi istifadəçilər e-poçtları gec alıb və mesajlar yanlış kateqoriyalara düşüb. Şirkət həmçinin xəbərdarlıq edib ki, problem həll olunmazdan əvvəl daxil olan bəzi məktublarda spam xəbərdarlıqları qalıcı ola bilər. Google əlavə edib ki, insidentlə bağlı daxili araşdırma yekunlaşdıqdan sonra detallı texniki hesabat dərc ediləcək

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi