AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Buraxılış imtahanında xarici dil üzrə yeni test modelindən istifadə olunacaq – NÜMUNƏ

28.01.2026 / Xəbərlər

Gələn ildən buraxılış imtahanında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modeli müzakirəsi ilə bağlı seminarda bildirilib ki, mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.

Məlumat üçün bildiririk ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.

Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.

mualim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi