AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Rasim Əliquliyev: “Cəmiyyətin bütün təbəqələri Ordumuza dəstək verməlidir”

08.10.2020 / Xəbərlər

Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirilib.

“Report” bu barədə İnstituta istinadən xəbər verir.

Məlumata görə, toplantıda AMEA-nın vitse-prezidenti, institutun direktoru Rasim Əliquliyev Prezident İlham Əliyevin xalqa müraciətini xatırladıb, bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin Vətən uğrunda birləşdiyini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiklərini deyib.

"Prezident öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə edib, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırıb. Bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan Ordumuza dəstək verməlidir”, - alim qeyd edib.

Direktor dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq bildirib ki, 30 il ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya edir. Bunun nəticəsidir ki, Ordumuz düşmənə layiqli cavab verərərək ard-arda mühüm qələbələr qazanır.

“İllərdir ki 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşüb”, – deyən alim nəzərə çatdırıb ki, bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub.

R.Əliquliyev əlavə edib ki, Ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır: "Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq".

Akademik Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolundan da söz açıb. O bildirib ki, ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşıb.

AMEA-nın vitse-prezidenti hazırkı şəraitdə informasiya müharibəsinin düzgün qurulmasının son dərəcə vacib olduğunu vurğulayıb, bu istiqamətdə Azərbaycan ziyalılarının xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidir.

R.Əliquliyev rəhbərlik etdiyi qurumun da Azərbaycan Ordusuna dəstək verməyə hazır olduğunu deyib: “Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək, ehtiyac yaranarsa, Mərkəzi Qan Bankına qan vermək və digər tədbirləri həyata keçirməklə Ordumuza dəstək olmalıyıq”.

Alim həmçinin institutun bir neçə əməkdaşının hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşdüyünü diqqətə çatdırıb.

R.Əliquliyev çıxışının sonunda bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdığına görə dövlət başçısı İlham Əliyevə ölkənin ziyalıları adından minnətdarlığını bildirib, qəhərman Ordumuza yeni qələbələr arzulayıb.

mənbə: report.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi