AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər ordumuza maddi və mənəvi dəstək göstərirlər

12.10.2020 / Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri on gündən artıqdır ki, Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Peşəkar Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində işğal olunmuş Azərbaycan ərazilərinin bir hissəsi qəsbkarlardan təmizlənmiş, düşmənin çoxsaylı zirehli texnikası və hərbi qüvvələri məhv edilmişdir.

Bu parlaq qələbələr, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsində mümkün olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və kollektivi hər zaman olduğu kimi, bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir, müdafiə edir və tam qələbənin əldə ediləcəyinə ürəkdən inanır.

Belə bir şəraitdə şanlı ordumuza dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 337000 manat məbləğində ianə etmişdir. Hazırda Akademiyanın elmi müəssisə və təşkilatlarında silahlı qüvvələrə könüllü yardım kampaniyası davam edir.

Bundan əlavə, AMEA-nın ixtisaslaşmış elmi müəssisələrində və Yüksək Texnologiyalar Parkında istehsal olunan müxtəlif təyinatlı məhsullar cəbhə bölgəsinə göndərilmişdir.

Həmçinin AMEA-nın çoxsaylı gənc əməkdaşları orduda könüllü xidmət etmək üçün müraciət etmiş, onlardan xüsusi hərbi ixtisasa malik olan 19 əməkdaşın müraciətinə müsbət cavab verilmişdir. Hazırda həmin gənclər orduda xidmət edir, öz xüsusi bilik və bacarıqları ilə ordumuzun qələbəsinə töhfələrini verirlər.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi