AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

02.02.2026 / Xəbərlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yanvar ayında sonuncu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu "Ədalətli sülhün qüdrətli lideri - Prezident İlham Əliyev" başlıqlı məqalə  yer alır.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın İctimai, Kimya, Fizika-Riyaziyyat və Texnika elmləri bölmələrinin, eləcə də Gəncə Bölməsi və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin illik hesabatları dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində, AMEA-nın "Elm" nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir, Akademiyanın Naxçıvan Bölməsinin "Tusi" nəşriyyatında yeni alınmış avadanlıqların təqdimat mərasimi və AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin müasir dövrdə ölkəmizdə proqram mühəndisliyi sahəsində mövcud problemlər, əldə olunan nailiyyətlər, yeni çağırışlar və qarşıda duran vəzifələrlə bağlı Azərtac-a açıqlaması yer alır.

Bu sayda akademik İradə Hüseynovanın biologiya elminin müasir mərhələsində süni intellekt texnologiyalarının rolundan bəhs edən açıqlaması, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov və AMEA Rəyasət Heyətinin Aparatının Xarici əlaqələr və Beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynovanın Türkiyənin Rizə şəhərində keçirilmiş İkinci Beynəlxalq Ayder Enerji Forumunda iştirakları haqında informasiya, “Azərbaycan dilinin saflığının qorunmasında folklor resursları böyük potensiala malikdir” və “Naxçıvanın dövri mətbuat mənzərəsi” sərlövhəli məqalələr, həmçinin digər xəbərlər işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində “Вклад в науку через Open Access” başlıqlı məqalə, eləc də Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi