AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Robotlara insanların yeniləməsini gözləmədən tətbiqlər vasitəsilə bacarıqlar öyrədilir

03.02.2026 / Maraqlı məlumatlar

Robotlar artıq yeni bacarıqları insanların avadanlıq səviyyəsində yeniləmələri olmadan, tətbiqlər vasitəsilə öyrənməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bbarədə "İnteresting Engineering” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, robototexnika üçün proqram təminatı hazırlayan "OpenMind” şirkəti humanoid və dördayaqlı robotlar üçün yeni tətbiq mağazası istifadəyə verib. Bu mağaza robotların yeni bacarıq və qabiliyyətlər qazanmasına imkan verir. Platforma artıq fəaliyyət göstərir və gələcəkdə robotların imkanlarını genişləndirə biləcək minlərlə tətbiqin yerləşdirilməsi planlaşdırılır.

Tətbiq mağazası "OpenMind” şirkətinin OM1 adlı modul əməliyyat sistemi üzərində qurulub. Bu sistem tərtibatçılara konkret bacarıqları özündə birləşdirən və müxtəlif robot platformalarında yayıla bilən tətbiqlər yaratmağa imkan verir.

"Kompüterlər və telefonlar əsas funksiyaları təmin edən əməliyyat sistemi ilə təchiz olunur, lakin əsl imkanlar hər kəsin onları tətbiqlər və proqramlar vasitəsilə fərdiləşdirə bilməsindədir. Məhz bu zaman universal avadanlıq sizin telefonunuza və noutbukunuzа çevrilir. Humanoid robot da bundan fərqlənməyəcək: Tibb bacılığı, riyaziyyat təhsili, təmizlik və ev təhlükəsizliyi kimi sahələri əhatə edən minlərlə proqram sizə demək olar ki, məhdudiyyətsiz seçim təqdim edəcək”, deyə "OpenMind” şirkətinin qurucusu və baş icraçı direktoru Yan Liphardt bildirib.

Hazırkı tətbiqlər ünsiyyət, yaşlılara qulluq və ev təhlükəsizliyindən tutmuş eksperimental funksiyalara, məsələn, selfi çəkən robotlara qədər geniş sahəni əhatə edir. Şirkət tətbiqlərin keyfiyyətinin və mürəkkəbliyinin zamanla, smartfonlarda olduğu kimi, artacağını gözləyir.

Platformada vurğulanır ki, proqram təminatı aparat hissəsindən asılı olmayaraq inkişaf edə bilər. Bu isə robotlara yeni tapşırıqları öyrənməyə və zamanla daha da təkmilləşməyə imkan yaradır.

Liphardt qeyd edib: "Robotlara aparat təminatından daha sürətlə inkişaf edən bacarıq və idrak səviyyəsi lazımdır. Tətbiq mağazası robotların zamanla dəyişən və ehtiyaclarınıza uyğunlaşan bacarıqlara malik universal platformalara çevrilməsinin yoludur”.

"OpenMind”in ilkin tətbiqlər kataloquna "Omni-Guardian” (robotu həm yoldaş, həm də mühafizəçiyə çevirir və müdaxilə edənləri aşkar edir), "Nova” (dinləyir, görür və hərəkət edərək gündəlik işlərdə kömək edir), "WALL-E” (rəqəmsal aktivləri və sosial lentləri izləyir), "Luckandroll OM1” (robotların insanlarla və digər robotlarla koordinasiyalı şəkildə qarşılıqlı əlaqə qurmasına imkan verir) və "Guardian” (istifadəçini izləyir və selfi çəkir) daxildir.

Liphardt əlavə edib ki, döşəmələrin yuyulması və ya paltaryuma kömək kimi praktik tətbiqlər robototexnika imkanları inkişaf etdikcə ortaya çıxacaq.

"Bu addım robotların həm evdə, həm də iş yerlərində müxtəlif tapşırıqları yerinə yetirə bilən universal və yenilənə bilən maşınlara çevrilməsi istiqamətində mühüm mərhələdir”, deyə məqalədə yekunlaşdırılır.

qaynarinfo.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi