AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Ramiz Mehdiyevə təbrik məktubu göndərilib

13.10.2020 / Xəbərlər

Xəbər verdiyimiz kimi, bu yaxınlarda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) həqiqi üzvü seçilib. Bu məqsədlə BEAA-nın rəhbəri, Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, akademik Vladimir Qriqoryeviç Qusakov tərəfindən akademik Ramiz Mehdiyevə təbrik məktubu göndərilib.

Məktubun mətnini təqdim edirik:

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevə

Hörmətli Ramiz müəllim!

Sizi Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və şəxsən öz adımdan BEAA-nın həqiqi üzvü (akademiki) seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm!

Sizin elmi fəaliyyətiniz birbaşa Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlıdır. Biz Sizi ölkələrimizdə və xaricdə tanınan görkəmli dövlət xadimi, çoxşaxəli elmi maraqları olan alim kimi tanıyırıq və hörmət edirik.

Yorulmaz və səmərəli elmi fəaliyyətinizlə Siz dövlət ideologiyasının elmi və fəlsəfi əsasları və sosial-siyasi elmin inkişafı sahəsində elmi məktəbin yaradılmasına böyük töhfələr vermisiniz.

Yeni elmi istiqamət olan Azərbaycan dövləti və cəmiyyətinin dayanıqlı inkişafı və modernləşdirilməsinin fəlsəfi konsepsiyasının formalaşması Sizin adınızla bağlıdır.

Sizi hər zaman yenilik hissi, elmi yanaşma və maraqların genişliyi, fundamental tədqiqatların praktik ehtiyaclara yönəldilməsinin zəruriliyinə əminlik fərqləndirib. Sizin tədqiqatlarınızın nəticələri dünyada geniş tanınır. Elmdə gənc nəslin hazırlanmasına ayırdığınız diqqətə görə Sizə minnətdarıq.

“İstiqlal” ordeni (2008), “Dostluq” ordeni (2008), “Şərəf” ordeni (2013), “Şöhrət” ordeni (2018), “Heydər Əliyev” ordeni (2019), professor adının verilməsi, AMEA-nın akademiki seçilməyiniz – bütün bunlar Sizin elmi, elmi-pedaqoji və ictimai fəaliyyətinizin hökumət, ölkənin elmi ictimaiyyəti və Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirildiyinin parlaq nümunəsidir.

AMEA-nın akademiki, professor, çoxsaylı elmi əsərlərin müəllifi olaraq Siz elmə sədaqət nümunəsi kimi həmkarlarınızın rəqabətini qazanmısınız.

Elmi ictimaiyyət Sizin geniş elmi-təşkilati və ictimai fəaliyyətinizi yüksək qiymətləndirir. Əminəm ki, BEAA çərçivəsində müştərək fəaliyyətimiz səmərəli olacaq.

Sizin BEAA-nın akademiki seçilməyiniz haqqında BEAA Şurasının Minskdə keçirilən 33-cü iclasında qəbul edilmiş BEAA Şurasının 30 sentyabr 2020-ci il tarixli 319 saylı Qərarı məktuba əlavə olunur. Diplom və müvafiq atributlar BEAA Şurasının Minskdə keçiriləcək 34-cü iclasında təqdim ediləcək.

Dərin hörmətlə,

V.Q.QUSAKOV, BEAA-nın rəhbəri, Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 06.04.2026
    «Ağıllı Mühit və Yaşıl Texnologiyalar -ICSEGT 2026» adlı 3-cü Beynəlxalq Konfrans keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.04.2026
    Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində XIV Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir
  • 02.04.2026
    16–30 aprel 2026-cı il tarixlərində Minsk şəhəri Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin təşkil etdiyi “İnformasiyanın ötürülməsi və emalı texnologiyaları” adlı Beynəlxalq elmi-texniki seminar keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi