AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Microsoft AI şirkətləri və nəşriyyatlar arasında yeni körpü qurur

05.02.2026 / Maraqlı məlumatlar

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft süni intellekt modellərinin təlimində və “grounding” prosesində istifadə olunan məzmun üçün yeni bir lisenziyalaşdırma platforması üzərində işlədiyini açıqlayıb. Publisher Content Marketplace (PCM) adlanan bu sistem, media qurumlarının AI şirkətləri üçün məzmun istifadə şərtlərini açıq şəkildə göstərməsinə imkan verəcək.

PCM vasitəsilə süni intellekt istehsalçıları hansı məzmunun hansı şərtlərlə istifadə oluna biləcəyini asanlıqla görə və birbaşa lisenziya razılaşmaları bağlaya biləcək. Eyni zamanda, nəşriyyatlar məzmunlarının istifadəsi ilə bağlı statistik hesabatlar əldə edəcək ki, bu da qiymətlərin daha düzgün müəyyənləşdirilməsinə kömək edəcək. Microsoft bildirir ki, bu platforma Vox Media, Associated Press, Condé Nast, People və digər iri media qurumları ilə birlikdə hazırlanıb. Qeyd edək ki, süni intellektin sürətli inkişafı əsasən ödənişsiz şəkildə toplanmış onlayn məzmun hesabına baş verib və bu, bir çox media şirkətinin hüquqi addımlar atmasına səbəb olub.
Məsələn, The New York Times və The Intercept həm Microsoft-a, həm də OpenAI-a qarşı müəllif hüquqları ilə bağlı məhkəmə iddiaları qaldırıb. Digər nəşriyyatlar isə artıq lisenziya müqavilələri bağlamağa üstünlük verib. Bundan əlavə, nəşriyyatların dəstəklədiyi Really Simple Licensing (RSL) adlı açıq standart da mövcuddur. Bu standart saytların özündə botlar üçün ödəniş və istifadə qaydalarını müəyyən etməyə imkan verir. Lakin Microsoft-un açıqlamasında RSL ilə PCM-in necə inteqrasiya olunacağı barədə məlumat verilməyib.

technote.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi