AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

BMT süni intellektlə bağlı mütəxəssis komissiyası yaradır

05.02.2026 / Maraqlı məlumatlar

BMT Baş Assambleyasının nəzdində süni intellektin (AI) sürətli inkişafı fonunda tənzimləyici tövsiyələr hazırlamaq məqsədilə Beynəlxalq Elmi Panel yaradılır. Komissiya qismində fəaliyyət göstərəcək bu quruma AI sahəsində mütəxəssislər daxil ediləcək.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Antonio Quterreş sürətlə irəliləyən bu texnologiyanın tənzimlənməsinin təcililiyini vurğulayaraq deyib: “Süni intellekt işıq sürəti ilə hərəkət edir. Effektiv maneələr qurmaq, ümumi rifah naminə innovasiyanı açmaq və əməkdaşlığı inkişaf etdirmək üçün ortaq anlayışlara ehtiyacımız var. Panel dünyaya həqiqi faktları saxtakarlıqdan, elmi isə yalandan ayırmağa kömək edəcək”.

Panelin kökləri 2023-cü ilə, ABŞ-da ChatGPT-nin və digər qabaqcıl texnologiyaların buraxılmasından sonraya gedib çıxır və bu da süni intellekt sahəsində yeni bir dövrün başlanğıcını qoyur. Quterreş aparıcı texnoloqlar və akademiklərdən ibarət bir qrup yaradıb və ona təhlükəsiz idarəetmə üçün tövsiyələr irəli sürməyi tapşırıb. Aparılan geniş müzakirələrdən sonra mütəxəssislər bəşəriyyətə fayda verə biləcək süni intellekt idarəçiliyinə yanaşma vizyonu müəyyənləşdiriblər. İdeyalar arasında müstəqil, lakin BMT tərəfindən dəstəklənən Beynəlxalq Elmi Panelin yaradılması da var olub.

A. Quterreşin sözlərinə görə, yeni qurum süni intellektin bilik boşluğunu aradan qaldırmasına, habelə iqtisadiyyatlar və cəmiyyətlər arasında onun real təsirlərini qiymətləndirməyə kömək etməyə həsr olunmuş ilk qlobal, tam müstəqil elmi platforma olacaq. Panel iştirakçıları fikir mübadiləsi aparacaq, səhiyyə, enerji və təhsil kimi prioritet sahələr üzrə tövsiyələr hazırlayacaq və ən son qabaqcıl tədqiqatları paylaşacaqlar.

Fevralın 4-də Quterreş və onun texnologiya üzrə xüsusi elçisi Amandip Gill jurnalistlərə bildiriblər ki, qurumun 40 potensial üzvünün adları Baş Assambleyaya təqdim olunacaq və orada son qərar veriləcək.

A. Gill siyahıdakı ekspertlərin süni intellekt sahəsində dünya miqyasında tanınmış təcrübələrinə görə seçildiyini bildirib. Coğrafi təmsilçilik və gender balansı da bu seçimdə rol oynayıb. Cəmi 19 qadın və 21 kişidən ibarət namizədlər arasında London İqtisadiyyat Məktəbinin professoru və rəqəmsal mühitdə media savadlılığı və hüquqları üzrə məsləhətçi Sonia Livinqstone, Hindistan Texnologiya İnstitutunun Məlumat elm və süni intellekt şöbəsinin müdiri Balaraman Ravindran və tanınmış jurnalist, Nobel Sülh Mükafatı laureatı Mariya Ressa (Filippin) var.

Baş Assambleyanın üzvlüklə bağlı son qərarı fevralın 12-də verəcəyi və Beynəlxalq Elmi Panelin ilk hesabatının cari ilin iyul ayına qədər təqdim ediləcəyi gözlənilir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi