AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq

05.02.2026 / Maraqlı məlumatlar

Fevralın 28-də axşam maraqlı astronomik hadisə - “planetlərin böyük paradı” baş verəcək. Həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu zaman planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.

Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər – dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək. Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10–20:30 aralığında olacaq.

Astronomiyada “planetlərin paradları” iştirak edən planetlərin sayına görə təsnif edilir: 3–4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet böyük parad sayılır.

Fevralın 28-də 6 planetin eyni vaxtda görünməsi bu hadisəni “planetlərin böyük paradı” kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10–20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.

Qeyd edək ki, planetlər yalnız səma proyeksiyasında bir xətt boyunca görünür, fiziki olaraq bir-birinə yaxınlaşmır. “Planetlərin paradı” Yerə cazibə, seysmik, iqlim və maqnit təsiri göstərmir. İnsan sağlamlığına və təbiətə də heç bir zərəri yoxdur. Bu, tamamilə təhlükəsiz və yalnız müşahidə xarakterli astronomik hadisədir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi