
Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri ilə görüşüb
06.02.2026 / Xəbərlər
Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Sarah bint Yousef Al Amiri ilə görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb.


