AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dövlət İmtahan Mərkəzində 2-6 fevral 2026-cı il tarixlərində fənlər üzrə elmi-metodik seminarlar keçirilib

09.02.2026 / Xəbərlər

2 fevral tarixində Azərbaycan dili fənni üzrə seminarda buraxılış və qəbul imtahanlarında tapşırıq bloklarında istifadə olunan mətnlər, onlara verilən tələblər barədə müzakirə aparılıb.

3 fevral tarixində kimya fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində IV ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 5 fevral tarixində tarix fənni üzrə seminarda 6 iyul 2025-ci il tarixində II və III ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, 6 fevral tarixində coğrafiya fənni üzrə seminarda 13 iyul 2025-ci il tarixində III (TC altqrupu) ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, riyaziyyat fənni üzrə seminarda isə 6 iyul 2025-ci il tarixində II ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.

2 fevral tarixində informatika fənni üzrə seminarda I ixtisas qrupu üçün, 4 fevral tarixində fizika fənni üzrə seminarda I və IV ixtisas qrupları üçün, 5 fevral tarixində isə biologiya fənni üzrə seminarda IV ixtisas qrupu üçün imtahan materiallarının hazırlanmasında istifadə edilən “Metodik göstərişlər” kitabçasının müzakirəsi aparılıb.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Şəki rayonu Kiş kənd tam orta məktəbinin müəllimi Davudov Bəhruz, fizika fənni üzrə Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbinin müəllimi Həmidov İbrahim, biologiya fənni üzrə Göyçay rayonu 3 nömrəli tam orta məktəbinin müəllimi Sarıyeva Səidə müzakirələrdə fəal iştirak edib və müzakirə edilən məsələlər barədə öz fikirlərini bildiriblər.

Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənlər üzrə test banklarının təkmilləşdirilməsində nəzərə alınacaqdır.

Müzakirələr nəticəsində abituriyentlərin cavablandırmaqda çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilmişdir. Həmin tapşırıqlara dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcəkdir.

Müzakirələr növbəti həftə də davam etdiriləcəkdir.

 

dim.gov.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi