
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanına hazırlaşan namizədlərin nəzərinə!
10.02.2026 / Xəbərlər
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama ƏMƏLİYYAT SİSTEMLƏRİ bölməsi, AB vəzifə qrupuna aid proqrama isə MICROSOFT EXCEL 2019 CƏDVƏL PROSESSORU bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.
Proqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.
Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun: https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq


