AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanda internet provayderlərinin vahid platforma üzərindən seçilməsi mümkün olacaq

10.02.2026 / Xəbərlər

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkənin internet xidmətləri bazarında rəqəmsal transformasiyanın növbəti mərhələsinə start verir.

İKTA-dan AZƏRTAC-a bildirilib ki, agentlik tərəfindən hazırlanan “Broadband Mapping” (Genişzolaqlı İnternet Xəritələmə) və “E-Connection” (Elektron Qoşulma) xidmətləri istifadəçilərə internet provayderlərini vahid platforma üzərindən seçmək, müqayisə etmək və birbaşa qoşulma müraciəti göndərmək imkanı yaradacaq.

Məlumata əsasən, layihənin təqdimatı məqsədilə telekommunikasiya operatorları və provayderləri ilə görüş keçirilib. İKTA-nın İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə çıxışında bu təşəbbüsün bazarın ekosisteminə köklü təsir göstərəcəyini vurğulayıb.

“Broadband Mapping” platforması vasitəsilə vətəndaşlar və biznes subyektləri ünvanları üzrə real xidmət göstərən provayderləri interaktiv xəritə üzərindən müəyyən edə biləcəklər. Onu tamamlayan “E-Connection” xidməti isə aşağıdakı üstünlükləri təqdim edir:

• Şəffaf müqayisə: müxtəlif provayderlərin tarif paketlərini və texniki göstəricilərini bir məkanda müqayisə etmək;

• Birbaşa müraciət: seçilmiş provayderə saniyələr ərzində elektron sorğu göndərmək;

• İzləmə mexanizmi: müraciətin qəbulundan xidmətin aktivləşməsinə qədər olan bütün prosesi şəxsi kabinet vasitəsilə izləmək;

• Təhlükəsizlik: vətəndaşlar üçün rəqəmsal giriş, operatorlar üçün isə gücləndirilmiş elektron imza vasitəsilə tam hüquqi etibarlılıq.

İKTA-nın tətbiq etdiyi bu model ABŞ-ın Federal Kommunikasiya Komissiyası (FCC) və Avropa İttifaqının BEREC strukturunun qabaqcıl təcrübələrinə əsaslanır. Eyni zamanda, bu platforma Dünya Bankının B-READY hesabatı çərçivəsində qiymətləndirilən “məlumatlı seçim” və “şəffaf bazar” meyarlarına cavab verir.

Layihəyə qoşulmuş operatorlar heç bir əlavə xərc çəkmədən dövlət platformasında tanıtım üstünlüyü və müştəri bazasına birbaşa çıxış əldə edəcəklər. Məlumatlarını təqdim etməyən provayderlər isə xəritədə əks olunmayacaq. Bu da onların rəqəmsal seçim mühitindən kənarda qalması ilə nəticələnəcək.

Agentlik vurğulayıb ki, bu yanaşma inzibati məcburiyyət deyil, bazar iştirakçılarını daha açıq və müştəriyönümlü fəaliyyətə təşviq edən iqtisadi modeldir. 2025-ci ilin əvvəlindən məlumatlandırılan internet servis provayderləri (İSP) üçün layihədə iştirak hər zaman mümkün olacaq.

Hazırda test rejimində olan “E-Connection” xidmətinin 2026-cı ilin mart ayında tam istifadəyə verilməsi planlaşdırılır.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi