AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun Yeni Azərbaycan Partiyası təşkilatının iclası keçirilmişdir

29.10.2020 / Xəbərlər

28 oktyabr 2020-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun YAP təşkilatının iclası keçirilmişdir.
Əvvəlcə Vətən uğrunda şəhid olmuş Azərbaycan əsgərlərinin və dinc əhaliyə yönəlmiş erməni təcavüzü nəticəsində həyatlarını itirmiş həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

İnstitutun YAP təşkilatının sədri Zülalə Cəbiyeva çıxış edərək təşkilat üzvlərinin il ərzində yerinə yetirdiyi və son 1 ay ərzində ordumuza dəstək olaraq görülən işlərdən söz açmışdır. O, İnstitut əməkdaşlarının son bir ayda ölkəmizdə baş verən proseslərdə yaxından iştirak etdiyini, ilk müharibə günlərindən başlayaraq Qarabağ həqiqətlərini xarici ölkələrdə yaşayan alimlərə çatdırdıqlarını  və ordumuza dəstək olmaq üçün əllərindən gələn köməyi əsirgəmədiklərini söyləmişdir.

“Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının rəhbəri, t.ü.f.d. İsayev Məzahir 80-ci illərdən bu günlərə kimi  ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi siyasi və hərbi təxribatlar haqqında və ən yüksək silah və texnika ilə təchiz olunan ordumuzun cəbhədə göstərdiyi yüksək qəhrəmanlıq şücaətindən danışmışdır.

“İdarəetmənin riyazi məsələləri” laboratoriyasının rəhbəri, r.e.d. professor İlqar Məmmədov öz çıxışında Azərbaycan xalqının başda Ali Baş Komandan olmaqla yeni tarix yazdığını və 30 ildə qayıdmayan torpaqlarımızın son 30 gün ərzində qayıtdığından söz açmış və xalqımızın öz Prezidenti ətrafında yumruq kimi birləşdiyini və ordumuzun qələbəsinə inandığını söyləmişdir.
 “Elmi-texniki informasiya və patent tədqiqatları” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Rəna Əsədova çıxışında cənab İlham Əliyevin Ali Baş Komandan kimi döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, dərin intellekti, peşəkarlığı və iradəsi ilə diplomatik cəbhədə də yorulmadan çalışdığını, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdiyini və bu gün dünyanın seçilən dövlət başçıları arasında ən ləyaqətli dövlət başçılarından biri olduğunu söyləmişdir.

İnstitutun böyük elmi işçisi, r.ü.f.d. Rəhilə Sadıqova çıxışında Ermənistanın öz məğlubiyyətini həzm edə bilmədiyini, hər zamankı xislətinə sadiq olduğunu və cinayət əməllərini ortaya qoyaraq, hər dəfə yeni təxribatlara əl atdığını, döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrini, mülki əhalini hədəfə alması barədə söz açmışdır.

“İctimaiyyətlə Əlaqələr” şöbəsinin rəhbəri, i.ü.f.d. Aygün Əliyeva çıxış edərək institutun gənc alimlərinin informasiya savaşında fəal iştirakı barədə məlumat vermiş və Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə alimlər tərəfindən xüsusi məktubun hazırlanıb ünvanlandığını söyləmişdir. A.Əliyeva çıxışını özü yazdığı “Azərbaycan Yaşa! Vətənim Yaşa” şeri ilə bitirmişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi