AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt iş yükünü azaltmır, əksinə artırır - Tədqiqat

11.02.2026 / Maraqlı məlumatlar

“Harvard Business Review” jurnalında dərc olunan yeni tədqiqat bir çox işçilərin indiyə qədər ehtimal etdiyi məqamı təsdiqləyib, yəni, süni intellekt alətləri işin həcmini azaltmır, əksinə, onu artırır.

AZƏRTAC “TechCrunch” texnoloji nəşrinə istinadla xəbər verir ki, araşdırmada Kaliforniya Universiteti, Berkli və Yel Universitetinin səkkiz ay ərzində apardığı araşdırmaların nəticələri təqdim olunur. Tədqiqat birbaşa 200-dən çox işçisi olan texnoloji şirkətdə həyata keçirilib və əməkdaşlar süni intellekt alətlərini könüllü şəkildə tətbiq ediblər.

Nəticələr iş prosesinin intensivləşməsi ilə bağlı aşkar qanunauyğunluqları ortaya çıxarıb. Bu proses tədqiqatçıların “iş yükünün artması” adlandırdıqları mərhələyə keçiddir.

Tədqiqatçılar işçilərlə 40-dan çox “geniş” söhbət aparıb və müəyyən ediblər ki, onlara heç bir təzyiq göstərilməyib, norma artırılmayıb. İnsanlar sadəcə süni intellektin imkan verdiyi üçün daha çox işləməyə başlayıblar. Bunun nəticəsində iş tapşırıqları nahar fasilələrinə və gec saatlara keçib, görüləcək işlərin siyahısı genişlənib və süni intellekt hesabına azad olan hər saat yeni tapşırıqlarla doldurulub. Mühəndislərdən biri bildirib: “Düşünürdüm ki, süni intellekt hesabına daha məhsuldar olsan, vaxta qənaət edəcəksən və daha az işləyəcəksən. Amma əslində az işləmirsən. Ya əvvəlki qədər, ya da daha çox işləyirsən”.

Ötən yay aparılan başqa bir tədqiqat göstərib ki, süni intellektdən istifadə edən təcrübəli proqramçılar tapşırıqlara 19 faiz daha çox vaxt sərf ediblər, lakin özləri hesab ediblər ki, işi 20 faiz daha sürətlə görüblər. Digər bir araşdırma isə süni intellekt sayəsində məhsuldarlığın cəmi 3 faiz vaxt qənaəti yaratdığını, bunun isə nə gəlirlərə, nə də sərf olunan vaxta əhəmiyyətli təsir göstərmədiyini üzə çıxarıb.

Berkli Universitetinin alimlərinin apardığı tədqiqat süni intellektlə daha çox iş görməyin mümkünlüyünü inkar etmir, lakin xəbərdarlıq edir ki, bu, “yorğunluğa, emosional tükənməyə və xüsusilə də sürət və operativliklə bağlı təşkilati gözləntilər artdıqca işdən ayrılmağın getdikcə çətinləşməsi hissinin güclənməsinə” gətirib çıxara bilər.

İşçilər tədricən ixtisar olunur, qalan əməkdaşlar isə imkanlarının son həddində çalışaraq özlərini tükənməyə sürükləyirlər.

Onlar üçün ümumi nəticə yorğunluq, emosional tükənmə və işdən diqqəti yayındırmağın getdikcə çətinləşməsi hissinin artmasından ibarətdir. Bu, xüsusilə sürət və çevikliklə bağlı təşkilati gözləntilərin artdığı şəraitdə özünü daha qabarıq göstərir.

“DHR Global” şirkətinin 1500 korporativ mütəxəssis arasında apardığı yeni sorğuya əsasən, respondentlərin 83 faizi mənəvi cəhətdən, ruhən yorulduğunu bildirib. Əsas səbəblər kimi həddindən artıq iş yükü və uzun iş saatları göstərilib.

Hələ 2024-cü ildə “Upwork” tədqiqat institutu süni intellektdən istifadə edən əməkdaşların 77 faizinin bu alətlərin onların məhsuldarlığını azaltdığını və iş yükünü artırdığını bildirdiyini açıqlamışdı.

Bu il həmin institut son aylarda ən çox tələb olunan bacarıqların məhz süni intellektlə bağlı bacarıqlar olduğunu qeyd edib.

Berkli tədqiqatçıları vurğulayırlar ki, iş həcminin bu cür çoxalması qısamüddətli dövrdə məhsuldar görünə bilər, lakin nəticədə beynin yorulmasına, qərarvermə qabiliyyətinin zəifləməsinə və işçilərin, iş yükünün “ChatGPT” səbəbindən artdığını dərk etdikləri anda kadr dəyişikliyinə gətirib çıxarır.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi