AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

11.02.2026 / Xəbərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında ölkə üzrə dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində keçirilən tədbirlərdən danışıb: “Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi strateji sənədlərin icrası çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin hazırlanması, insan kapitalının gücləndirilməsi və milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində mühüm töhfələr verməkdədir”.

Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberPark” layihəsinin təqdimatı baş tutub. Daha sonra məzunlardan ibarət komanda tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər.

Sonda 100 məzuna rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Tədbirin yekununda baş tutan “Karyera sərgisi” çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə və iş proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparıb, şəbəkələşmə imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr beynəlxalq mütəxəssislər tərəfindən “Red Team” (hücum), “Blue Team” (müdafiə) və “Purple Team” təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub, hazırda 7-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işə qəbul faizi 86 faiz təşkil edir ki, onlar həm dövlət qurumları, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərirlər.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi