AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanı peyk interneti ilə təmin etməyi planlaşdırır

11.02.2026 / Xəbərlər

Qazaxıstan Tacikistan, Qırğızıstan və Monqolustanın peyk internetinə çıxış əldə etməsi istiqamətində təşəbbüs irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini, rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev Prezidentin iştirakı ilə keçirilən hökumətin geniş iclasında məlumat verib.

Nazir bildirib ki, 2026-cı ildə ölkə üzrə əlavə 1900 kənd optik lifli rabitə ilə təmin olunacaq. Nəticədə növbəti ildə optik lif infrastrukturu ilə əhatə olunan yaşayış məntəqələrinin payı 90 faizdən çox olacaq. Bununla yanaşı, respublika əhəmiyyətli avtomobil yollarının bütün şəbəkəsi rabitə infrastrukturu ilə təchiz ediləcək.

Jaslan Madiyevin sözlərinə görə, Prezidentin tapşırığı ilə ötən ilin dekabr ayında dövlət sərhədindəki bütün keçid məntəqələri internetə çıxış əldə edib. Eyni zamanda, “Qazaxıstan Dəmir Yolları”nın sərnişin daşımaları üzrə bütün əsas marşrutlarında da internet xidməti əlçatan olacaq. Bundan başqa, ilk dəfə olaraq sərnişinlər yerli hava daşıyıcısının göyərtəsində internetdən istifadə etmək imkanı əldə edəcəklər.

Nazir vurğulayıb ki, rəqəmsal infrastrukturun ardıcıl inkişafı Qazaxıstanın daxili tələbatının ödənilməsinə şərait yaratmaqla yanaşı, ölkənin rəqəmsal əlaqəlilik sahəsində region üzrə aparıcı mövqeyini gücləndirəcək.

Onun sözlərinə görə, Qazaxıstan ərazisində “Starlink” şirkəti tərəfindən qurulmuş “gate” stansiyaları vasitəsilə peyk interneti qonşu ölkələr üçün də əlçatan olacaq. Cari ildə Tacikistan üçün internet trafiki bu il istifadəyə veriləcək. Növbəti mərhələdə Monqolustan və Qırğızıstan da bu xidmətə qoşulacaq.

Nazir, həmçinin qeyd edib ki, Trans-Xəzər fiber-optik rabitə xətti üzrə Özbəkistan artıq “offtake” müqavilələri təklif edib. Hökumətin geniş tərkibdə iclası Astanada Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi