
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib
12.02.2026 / Xəbərlər
2026-cı il fevralın 11-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
İmtahanda 11 nəfər iştirak edib.
Növbəti TOEFL iBT imtahanının 18 fevral 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt


