AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Nazir: "Azərbaycanda internetin orta sürəti ilin sonunadək 200 meqabit/saniyəyə çatdırılacaq"

12.02.2026 / Xəbərlər

Bu ilin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 200 meqabit/saniyəyə çatdırılması nəzərdə tutulur.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik. Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən kifayət qədər irəliləyib. Gedəcəyimiz son nöqtə, "ağıllı" və proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ehtiva edir.

Bütün bu istiqamətlər üzrə məhz Sizin diqqət və qayğınız nəticəsində son illərdə əsas diqqətimiz tənzimləmə çərçivəsinin qurulması və fəaliyyətimizin koordinasiyalı şəkildə aparılmasına yönəlib. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır. Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilib və yeniləri qəbul olunub", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilib: "Onlayn Azərbaycan" layihəsi uğurla başa çatdırılıb. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin".

oxu.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi