1770878899.jpg)
“Təhsildə menecment və yeni təlim texnologiyaları” elmi konfransına tezis qəbuluna başlanılır
12.02.2026 / Xəbərlər
Aprelin 7-8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların IX Respublika elmi konfransı keçiriləcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransın elmi bölmələri təhsildə strateji idarəetmə, innovasiyalar və təhsilin keyfiyyəti, tədrisin müasir problemləri və təhsildə sosial-psixoloji xidmət istiqamətlərini əhatə edir.
Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır.
Müraciətlər martın 16-dək qəbul edilir.
Əlaqə üçün [email protected] ünvanına yazmaq olar.


