AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ölkə Prezidentinin çağırışlarına cavab olaraq postkonflikt ərazilərin bərpasına elmi dəstək

07.11.2020 / Xəbərlər

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində postkonflikt ərazilərin bərpasına elmi dəstək mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin yaradılması ilə bağlı qərarını xatırladıb, bununla əlaqədar elmi bölmələrə müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanovun 2010-cu ildə nəşr olunan “Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar” adlı kitabının əhəmiyyətindən danışaraq müəllifin tədqiqatının müasir göstəricilərlə, yeni faktlar əsasında işlənməsinə ehtiyac olduğunu vurğulayıb.

Kitabın müəllifi, professor Nazim İmanov təqdimatla çıxış edib, əsərin Azərbaycan və dünya ictimaiyyətinə təqdim olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu kitabın təqdimatı Londonda – Britaniya Parlamentinin Lordlar palatasında, Vaşinqtonda – Mərkəzi Asiya və Qafqaz İnstitutunda, Brüsseldə – Avropa Parlamentində, Moskvada Karnegi Fondunda və Rusiya Dövlət Humanitar Universitetdə görkəmli siyasətçilərin, alimlərin, iş adamlarının iştirakı ilə keçirilib və müzakirələrdə müsbət rəylər alıb”. Direktor bildirib ki, Qarabağdan köçkün düşmüş soydaşlarımız arasında aparılan sorğular müxtəlif istiqamətlərin müəyyənləşdirilməsinə səbəb olub. Onun sözlərinə görə, tədqiqatın mühüm istiqamətləri həyat təminatı sisteminin, infrastrukturun, mülki idarəetmə orqanları – nazirliklərin nəzdində qurum və ya şöbələrin yaradılmasından ibarətdir. Eyni zamanda nəqliyyat infrastrukturunun, telekommunikasiyanın, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrinin, o cümlədən sosial obyektlərin və peşə təlimi mərkəzlərinin bərpasını təşkil edir.

Qarabağ iqtisadiyyatının potensial üstünlüklərinin və 30 ildən sonrakı dünya iqtisadiyyatının hansı maliyyə imkanlarına sahib ola bilməsi ehtimallarından söz açan Nazim İmanov beynəlxalq maliyyə qurumlarının bu işə maraqlı olduqlarını vurğulayıb: “Baltikyanı ölkələr və İran şirkətlərindən bərpa prosesində iştirakla bağlı artıq rəsmi müraciət olunub”.

Tədbirdə AMEA Rəyasət Heyətinin bir sıra üzvləri də iştirak edərək fikir və mülahizələrini bildiriblər.

Müzakirələrin sonunda Azərbaycanda Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiya üzvlərinin bu proqramda yaxından iştirakının vacibliyini vurğulayıb, bu istiqamətdə tövsiyə və layihələrini təqdim etmələrini məqsədəuyğun hesab edib.

mənbə: frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi