AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

XRİTDX-də İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edildi

12.02.2026 / Xəbərlər

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı, peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi, habelə sahə üzrə institusional biliklərin sistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemi tətbiq edilib.

Yeni Sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşə səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir. Qiymətləndirmə nəticələrinə əsasən, sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistemin təqdimatında iştirak edən XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev platformanın funksional imkanları ilə tanış olub. Xidmət rəisi bildirib ki, təşəbbüsün əsas məqsədi qiymətləndirmə proseslərini yalnız rəqəmsal müstəviyə keçirmək deyil, dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları sahəsində çalışan kadrların peşəkar səviyyəsinin obyektiv meyarlarla müəyyən edilməsi, səriştə boşluqlarının dəqiq identifikasiyası və inkişaf proseslərinin planlı şəkildə idarə olunmasıdır. O vurğulayıb ki, Sistem sahə üzrə vahid yanaşmanın formalaşmasına və peşəkar intizamın gücləndirilməsinə mühüm töhfə verir.

Eyni zamanda Sistem qiymətləndirmə mexanizmlərinin vahid standartlar əsasında tənzimlənməsini, proseslərdə şəffaflığın və hesabatlılığın artırılmasını, eləcə də insan resurslarının idarə olunmasında rəqəmsal və analitik yanaşmanın tətbiqini təmin edən kompleks platforma kimi fəaliyyət göstərir.

Bu çərçivədə, Sistem vasitəsilə aparılan qiymətləndirmə nəticələrinə əsasən, dövlət qurumlarında müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislərinin nəzəri və praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən hədəfli təlim proqramlarının təşkili həyata keçirilir.

Qeyd edək ki, Sistem vasitəsilə ilkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilmişdir. Hazırda XRİTDX tərəfindən sözügedən qurumların sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılmışdır. Təlimlər Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyata keçirilir.

scis.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi