AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Rasim Əliquliyev: “Azərbaycan Respublikası bu gün özünün informasiya suverenliyini tam təmin edib”

07.11.2020 / Xəbərlər

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) “Əsas məsələ” verilişinin qonağı olub.

Verilişdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə gedən döyüşlərdə, həm də informasiya müharibəsində əldə olunan nailiyyətlər müzakirə olunub.

Akademik Rasim Əliquliyev tarixi zəfərlərin əldə olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolu olduğunu söyləyib.

Alim Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin apa­rıcı informasiya agentliklərinə müxtəlif dillərdə verdiyi cəsarətli, qətiyyətli və qeyrətli müsahibələrə, ölkə­mi­zin vətəndaşlarını, eləcə də xaricdə yaşayan azərbaycanlıları bir yumruq kimi bir­ləş­dir­mə­sinə, onlarda böyük ruh yüksəkliyi yaratmasına diqqət çəkib. Vurğulayıb ki, son on illiklər ərzində Azər­bay­ca­nın informasiya müharibəsində qurduğu həm etibarlı müdafiə, həm də effektiv hücum sistemi mühüm uğur­lara imza atır.

Akademik Rasim Əliquliyev dövlətimizin malik olduğu güclü internet və kosmik sənaye infrastrukturu, eləcə də dünya informasiya sisteminə inteqrasiyası haqqında geniş məlumat verib: “30 ilə yaxın müddətdə atəşkəs olmasına baxmayaraq, Azərbaycan dövləti özünün silahlı qüvvələrinin müdafiə qüdrətinin yüksəldilməsi, eyni zamanda informasiya suverenliyinin təmin olunması istiqamətində çox güclü texnoloji tədbirlər həyata keçirib”.

Alim, həmçinin Azərbaycan elmi ictimaiyyətinin nümayəndələrinin intellektual informasiya müharibəsində həyata keçirdikləri işlər haqqında ətraflı məlumat verib. “Bütün Azərbaycan ziyalıları informasiya müharibəsinin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə edir, xarici həmkarları ilə əlaqələr qurur, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır” – deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.

mənbə: frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi