AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır

13.02.2026 / Xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “ERP SYSTEMS Siemens PLM Software Partner in Azerbaijan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Memorandumun imzalanmasından öncə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova ilə şirkət nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə hər iki tərəfdən müvafiq struktur rəhbərləri və mütəxəssislər iştirak ediblər.

Görüş zamanı professor Gülçöhrə Məmmədova mövzunun xüsusi aktuallıq daşıdığını vurğulayaraq, Prezident İlham Əliyevin rəqəmsallaşma və süni intellekt sahəsində keçirdiyi son müşavirəyə diqqət çəkib. Rektor qeyd edib ki, dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq AzMİU-da rəqəmsal transformasiya və süni intellekt istiqamətində işlər daha da sürətləndirilib.

Rektor bildirib ki, artıq universitetdə “Süni intellekt” ixtisasının açılması ilə bağlı qərar qəbul edilib və növbəti tədris ilinə qədər bu ixtisas üzrə bütün təşkilati və akademik məsələlərin yekunlaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu addım mühəndislik, memarlıq və inşaat sahələrində kadr hazırlığının keyfiyyətini yeni mərhələyə daşıyacaq.

Professor Gülçöhrə Məmmədova, həmçinin qeyd edib ki, AzMİU rəqəmsallaşma sahəsində bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və Siemens ilə qurulan tərəfdaşlıq bu proseslərin daha sistemli və sürətli həyata keçirilməsinə mühüm töhfə verəcək.

Daha sonra “ERP SYSTEMS Siemens PLM Software Partner in Azerbaijan” MMC-nin direktoru Şəhla Axundova çıxış edərək, Siemens şirkətinin qlobal miqyasda ali təhsil müəssisələri ilə həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, şirkət sənaye rəqəmsallaşması, məhsulun həyat dövrünün idarə olunması (PLM), süni intellekt və ağıllı istehsal texnologiyaları üzrə universitetlərlə sıx əməkdaşlıq edir.

Şəhla Axundova qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində AzMİU tələbələri və müəllimləri üçün təlim proqramlarının təşkili, proqram təminatlarına çıxış, birgə elmi-tədqiqat layihələrinin icrası və praktiki biliklərin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd universitet–sənaye əlaqələrini gücləndirmək və real istehsalat mühitinə uyğun mütəxəssislərin hazırlanmasına dəstək verməkdir.

Sonda tərəflər imzalanmış memorandumun AzMİU-da rəqəmsal bacarıqların inkişafına, innovativ tədris mühitinin formalaşmasına və ölkənin ümumi rəqəmsal inkişaf strategiyasına xidmət edəcəyinə əminlik ifadə ediblər.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi