AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA Beynəlxalq Elmlər Akademiyasının fəxri üzvü seçilib

13.02.2026 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli 9-11 fevral 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında iştirak və çıxış edib.

Təsis konfransının plenar iclasında Afina Elmlər Akademiyasının prezidenti akademik Nikifiros Diamantourosun açılış nitqindən sonra Yunanıstan Respublikasının keçmiş prezidenti, Afina Universitetinin fəxri professoru Prokopios Pavlopousos “Süni intellekt dövründə mif və həqiqət” mövzusunda məruzə ilə çıxış edib.

Bundan başqa, plenar iclasda “Süni intellekt, insan sağlamlığı və zəka”, “Süni intellektdə kollektiv və iqtisadi baxış”, “İnnovasiya, rəqabətlilik: Avropa iqtisadiyyatının inkişafı və gələcəyi”, “Rəqəmsal arxeologiya və insan faktoru”, “Antropogen dövrdə iqlim dəyişiklikləri və Aralıq dənizi hövzəsində mədəni irsin dayanıqlığı” mövzularında məruzələr dinlənilərək müzakirə aparılıb.

Yunanıstan Elmlər Akademiyasının Neoklassik zalında 10 fevral 2026-cı il tarixdə keçirilən Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında Yunanıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kristos Zerefos Beynəlxalq Akademiyalar Birliyi İdarə Heyətinin sədri seçilib.

İclasda 41 ölkədən gəlmiş Elmlər Akademiyalarından Beynəlxalq Akademiyalar Birliyinin tam üzvləri, fəxri üzvləri seçilib, üzvlüyə namizədlər müəyyən olunub. Azərbaycan Milli Elmlər Akademiyası Beynəlxalq Akademiyalar Birliyinin fəxri üzvləri sırasında yer alıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələləri və Birinci Türkoloji Qurultayla əlaqədar keçiriləcək tədbirlər barədə müzakirələr aparıb. Eyni zamanda, Avstriya Elmlər Akademiyasının prezidenti professor Hayns Fabman və Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti Vanda Lamm ilə də görüş keçirilib.

Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransının iştirakçıları Yunanıstanın qədim tarixi abidələri və antik mədəniyyəti ilə tanış olublar.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi