AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Macarıstan alimlərindən xərçəng araşdırmalarında yeni fundamental mərhələ

16.02.2026 / Maraqlı məlumatlar

Macarıstanlı tədqiqatçılar onkoloji elmdə diqqət çəkən yeni bir fundamental nəticə əldə etdiklərini açıqlayıblar. Bu, konkret müalicə üsulu və ya hazır dərman deyil, lakin alimlərin fikrincə, gələcəkdə xərçəngin qarşısının alınması və müalicəsinə yanaşmaları köklü şəkildə dəyişə biləcək elmi kəşfdir. Əvvəlki klinik müşahidələrin nəticələrinə əsasən, bəzi pasiyent qruplarında ölüm hallarının əhəmiyyətli dərəcədə – hətta 80 faizə qədər – azalması qeydə alınıb. Bununla belə, mütəxəssislər bu rəqəmlərin hələlik ehtiyatla şərh edilməli olduğunu vurğulayırlar.

AZƏRTAC xəbər verir ki, araşdırma müəlliflərin sözlərinə görə, əldə edilən nəticələr son dərəcə ümidverici olsa da, bu iş hələ klinik təlimat statusu daşımır. Aşkarlanmış mexanizmlər yalnız laboratoriya şəraitində, yəni invitro modeldə sübut edilib. Geniş tibbi praktikaya tətbiq üçün müstəqil yoxlamalar və ciddi nəzarət olunan klinik sınaqların aparılması vacib hesab olunur.

Bu dəfə diqqət mərkəzində yeni dərman molekulu deyil, adi içməli suda mövcud olan deyteriumdur. Hidrogenin ağır izotopu sayılan deyteriumun hüceyrədaxili proseslərə gözləniləndən daha güclü təsir göstərə bildiyi müəyyən edilib. Tədqiqatın nəticələrinə görə, deyterium bioloji cəhətdən aktiv amildir və şişlərin inkişafında əsas rol oynayan gen şəbəkələrinə birbaşa təsir edə bilir. Alimlər deyteriumun konsentrasiyası ilə genlərin ifadə səviyyəsi arasında birbaşa mexaniki əlaqənin mövcudluğunu sübut ediblər. Bu əlaqə, xüsusilə, hüceyrə bölünməsi və onkogenez üçün kritik sayılan genləri əhatə edir.

2023-cü ildə dərc olunan və ağciyər adenokarsinoması hüceyrələrində deyterium səviyyəsinin dəyişməsinə gen reaksiyalarını araşdıran elmi iş onilliklərdir irəli sürülən hipotezi təsdiqləyib. Tədqiqatın müəllifləri arasında Conka Gаbor, Pap Andrаs, Somlyai Ildiko və Somlyai Gabor yer alır. Onların qənaətinə görə, hüceyrələrdə deyterium-hidrogen nisbəti (D/H) sadəcə fiziki-kimyəvi göstərici deyil, genlərin aktivliyini tənzimləyən mühüm bioloji dəyişəndir.

Eksperiment çərçivəsində insan ağciyər adenokarsinomasına aid A549 hüceyrə xətləri müxtəlif deyterium səviyyəsinə malik mühitlərdə yetişdirilib: çox aşağı, aşağı, təbii və yüksək konsentrasiyalarda. Gen ifadəsinin analizi NanoString texnologiyası ilə aparılıb.

Nəticələr göstərib ki, deyteriumun səviyyəsi azaldıqda hüceyrələrin çoxalması və dərmanlara davamlılıqla əlaqəli genlərin aktivliyi zəifləyir. Əksinə, deyteriumun yüksək olduğu şəraitdə onkogenlərin və qoruyucu siqnal yollarının aktivləşməsi müşahidə olunub.

Mütəxəssislər vurğulayırlar ki, deyteriumun modulyasiyası klassik dərman və ya hədəfli terapiyadan kənara çıxan izotop və epigenetik tənzimləmə formasıdır. Bu mexaniki nəticələr daha əvvəl 2649 xərçəng xəstəsinin iştirak etdiyi klinik müşahidələrdə deyteriumu azaldılmış suyun istifadəsi ilə ölüm hallarının azalması arasında qeydə alınan əlaqəni izah etməyə kömək edə bilər. Lakin səbəb-nəticə münasibətinin tam sübutu üçün əlavə araşdırmalar tələb olunur.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi