AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib

16.02.2026 / Xəbərlər

Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova proqramın əsas məqsədinin tələbələrin IT sahəsində praktiki bilik və bacarıqlarını artırmaq, onların həm yerli, həm də qlobal əmək bazarında rəqabət qabiliyyətini gücləndirmək olduğunu bildirib.
Direktor qeyd edib ki, IT sahəsinin sürətli inkişafı ali təhsil proqramlarının daim yenilənməsini tələb edir və bu kimi təşəbbüslər tələbələrin aktual bilik və bacarıqlar əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ülkər Səttarovanın sözlərinə görə, layihə çərçivəsində geniş seçim mərhələsindən keçmiş 123 tələbə bir semestr ərzində xarici şirkət tərəfindən təqdim olunan intensiv təlim proqramında iştirak edəcək və real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaq.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov isə bildirib ki, proqram insan kapitalının inkişafı və ali təhsil ilə əmək bazarı arasında əlaqənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, Agentlik tərəfindən həyata keçirilən layihələrdə 10 mindən artıq tələbə təlim və təhsil proqramlarına cəlb olunub, xüsusilə kibertəhlükəsizlik layihələrində işə qəbul göstəricisi artıq 90 faizə çatır.
Fərid Osmanov bildirib ki, bugünkü proqram çərçivəsində tələbələr “Ironhack” beynəlxalq şirkəti ilə birgə təlimlərdə iştirak edəcək və bu, onlara həm yerli, həm də xarici əmək bazarında geniş imkanlar yaradır.
“Ironhack” şirkətinin direktoru Gonzalo Manrike Sabatel proqramın məqsədinin yüksək potensiallı tələbələri qısa müddətdə intensiv və praktiki təlimlər vasitəsilə əmək bazarına hazırlamaq olduğunu bildirib.

eatda.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi