AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elektron Qarabağ” konsepsiyası ilə bağlı müzakirələr aparılıb

11.11.2020 / Xəbərlər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında bu qurum tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar elmi prioritetlərə dair təkliflərin verilməsi haqqında müzakirələr aparılıb.

İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq bildirib ki, bu gün ölkəmizdə Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın erməni işğalından azad olunması uğrunda vətən müharibəsi gedir. Azərbaycan Ordusu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni bir tarix yazır. Hər bir azərbaycanlı öz imkanları çərçivəsində bu müharibədə iştirak edir, qələbənin əldə olunması üçün töhfələrini verir, rəşadətli Azərbaycan Ordusuna hərtərəfli dəstəyini nümayiş etdirir.

Azərbaycan elmi ictimaiyyətinin də bu tarixi mübarizədə yaxından iştirak etdiyini qeyd edən akademik oktyabrın 30-da AMEA Rəyasət Heyətinin iclasında Qarabağ müharibəsinə ölkə ziyalılarının töhfələri ilə bağlı geniş müzakirələrin aparıldığını diqqətə çatdırıb.

R.Əliquliyev bir neçə gün öncə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar bölmənin elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri və elmi prioritetləri ilə bağlı onlayn iclasın keçirildiyini, müvafiq qərarların qəbul olunduğunu deyib.

Sonra çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov qeyd edib ki, Azərbaycanın uzun illərdir ki işğal altında olan torpaqlarında bütün şəbəkə infrastrukturu erməni təcavüzkarları tərəfindən dağıdılıb.

R.Ələkbərov AMEA-nın şəbəkə infrastrukturunun AR Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna inteqrasiya olunduğunu xatırladaraq gələcəkdə Qarabağ torpaqlarında yaradılacaq elm və təhsil müəssisələrinin İnternet xidmətləri ilə təmin olunacağını, həmin ərazilərdə şəbəkə infrastrukturunun yenidən qurulacağını söyləyib. Əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə institutun Tədris-İnnovasiya Mərkəzinin imkanlarından istifadə etməklə distant və fiziki platformada İKT biliklərinin tədrisi, eləcə də şəbəkə üzərindən videkonfransların keçirilməsi işlərinə dəstək göstəriləcək.

Direktor müavini vurğulayıb ki, əməkdaşlarımız AMEA-nın Qarabağ Regional Bölməsinin formalaşdırılmasında fəal iştirak edərək orada yaradılacaq informasiya sistemlərinin institutun Data Mərkəzində yerləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Sonra institutun alim və mütəxəssisləri çıxış edərək “Elektron Qarabağ” konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi, Qarabağla əlaqədar müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması və intellektual emalı texnologiyalarının işlənilməsi ilə bağlı təkliflərini irəli sürüblər.

Akademik R.Əliquliyev səsləndirilən təklifləri yüksək qiymətləndirərək qeyd edib ki, biz bu gün bütün təklifləri reallaşdırmalı, dövlətin qarşımıza qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialımızdan səmərəli istifadə etməliyik: “İnstitutun Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə həm bir ziyalı, həm də əsl Azərbaycan vətəndaşı kimi yaxından iştirakı son dərəcə vacibdir”.

Nitqinin sonunda AMEA-nın vitse-prezidenti institutun kollektivini Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. “Bu gün işğaldan azad olunmuş torpaqlarımızda, eləcə də bütün ölkədə şanlı Azərbaycan bayrağı dalğalanır”, - deyən alim bu dalğalanmanın əbədi olacağına inamını ifadə edib.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi