AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ekspert: Dövlət məlumatlarının “Hökumət buludu”nda saxlanılması Azərbaycanın rəqəmsal suverenliyini gücləndirir

23.02.2026 / Xəbərlər

Azərbaycanda dövlət qurumlarına məxsus məlumatların xarici serverlərdə deyil, birbaşa yerli infrastrukturda və “Hökumət buludu”nda (“G-Cloud”) saxlanılması ölkənin rəqəmsal suverenliyinin təmin olunması baxımından fundamental əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.

Elvin Abbasov vurğulayıb ki, bu strategiya çərçivəsində qurulan infrastruktur dövlətə ilk növbədə milli təhlükəsizliyi gücləndirmək imkanı qazandırır, yəni vətəndaşların şəxsi məlumatları, maliyyə qeydləri və dövlət əhəmiyyətli sənədlər kənar müdaxilələrdən uzaq, Bakı və Yevlaxdakı beynəlxalq “TIER III” standartlı data mərkəzlərində tam nəzarət altında saxlanılır.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə vurğulanan “yeni rəqəmsal arxitektura”nın əsas hədəfi dövlət buludunda vahid bir rəqəmsal məlumat hövzəsinin (“Data Lake”) yaradılmasıdır: “Bu hövzə artıq 270-dən çox dövlət müəssisəsinin məlumatlarını bir mərkəzdə birləşdirərək, süni intellekt və böyük verilənlər (“Big Data”) əsaslı təhlillər aparmağa şərait yaradır. Bu, dövlətə yalnız təhlükəsizlik deyil, həm də proaktiv xidmət mexanizmini işə salmağa imkan verir, artıq vətəndaşlar müəyyən həyat hadisələri zamanı müraciət etmədən, sistem avtomatik olaraq müvafiq xidməti təklif edir və ya yerinə yetirir”.

E.Abbasov, həmçinin vurğulayıb ki, “Hökumət buludu” infrastrukturunun yaradılması ekoloji və iqtisadi baxımdan da mühüm üstünlüklər yaradır.

“Ekoloji və iqtisadi baxımdan isə bu infrastruktur Azərbaycanı regional “yaşıl rəqəmsal mərkəz”ə çevirir. Yüzlərlə səmərəsiz server otağının ləğv edilərək müasir soyutma sistemlərinə malik mərkəzlərdə cəmləşdirilməsi ölkənin karbon emissiyalarını azaldır, dövlət büdcəsində milyonlarla manat vəsaitə qənaət edilməsinə imkan yaradır. Bu yanaşma gələcəkdə bərpaolunan enerji mənbələrinə inteqrasiya imkanı ilə Azərbaycanın qlobal ekoloji standartlara uyğun rəqəmsal ekosistem qurmasını təmin edir”.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi