
Bayburtda Türkiyə-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub
24.02.2026 / Xəbərlər
Türkiyənin Bayburt Universitetində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı panel müzakirələri keçirilib.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Bayburt Universitetinin rektoru Mutlu Türkmen çıxışlarında iki qardaş ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
Daha sonra Bayburt Universitetinin dosentləri Ramin Sadik və İsmayıl Dursunoğlunun moderatorluğu ilə iki panel iclası keçirilib.
Müzakirələrdə Milli Məclisin üzvü Naqif Həmzəyev, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, Xəzər Universitetinin dosenti Telman Nüsrətoğlu və Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif aspektlərinə toxunub və dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Ankara ilə Bakı arasında strateji müttəfiqliyin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfələri vurğulayıblar.
Tədbir iştirakçıları Bayburt Universitetinin rektorluğunu da ziyarət ediblər.


