AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar kütləsinin 99,9 faizi qaranlıq maddədən ibarət olan qalaktika aşkarlayıblar

25.02.2026 / Maraqlı məlumatlar

Astronomlar demək olar ki, tamamilə qaranlıq maddədən ibarət olan qeyri-adi qalaktika aşkar ediblər. Bu struktur Hubble Space Telescope kosmik teleskopunun arxiv şəkillərinin təhlili zamanı müəyyən edilib. Bu barədə “Science” jurnalı məlumat yayıb.

CDG-2 adlandırılan obyekt çox zəif işıqlanan və çox az sayda ulduza malik qalaktikadır. Alimlərin hesablamalarına görə, onun ümumi kütləsinin 99,9 faizindən çoxu qaranlıq maddədən ibarətdir.

Müşahidələr Yerdən 240 milyon işıq ili məsafədə yerləşən Perseus qalaktikalar toplusu ərazisində aparılıb. “Euclid” Avropa kosmik teleskopunun məlumatlarının əlavə təhlili də zəif işıqlanmanı təsdiqləyib. Ehtimal edilir ki, bu işıqlanma qalaktika ulduzların formalaşması üçün lazım olan qazı itirməzdən əvvəl yaranmış az sayda ulduzla əlaqəlidir.

Məqalədə qeyd olunur ki, CDG-2-nin mövcudluğu təsdiqlənərsə, bu, Kainatda demək olar ki, ulduzlardan məhrum və əsasən qaranlıq maddədən ibarət qalaktikaların mövcudluğu ilə bağlı nəzəriyyəni gücləndirəcək.

Bundan əvvəl ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən “Green Bank Observatory” rəsədxanasının astronomları təsadüfən J0613+52 adlı tam qaranlıq qalaktika aşkar ediblər. Bu qalaktika toxunulmamış ilkin qazla doludur və görünən ulduzlara malik deyil. Alimlərin sözlərinə görə, J0613+52 Yerdən təxminən 270 milyon işıq ili uzaqlıqda yerləşir və indiyədək aşkar edilmiş ən zəif işıqlı qalaktika hesab oluna bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi