
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
26.02.2026 / Xəbərlər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlardan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.


