AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik: Rəqəmsal mühitdə dil resurslarının formalaşdırılması strateji əhəmiyyət daşıyır

26.02.2026 / Xəbərlər

Qloballaşma şəraitində milli identikliyin qorunması üçün dilə yönələn təhdidlərə qarşı sistemli və elmi araşdırmaların aparılması son dərəcə vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev deyib.

Akademik bildirib ki, qloballaşma prosesləri fonunda dillər müxtəlif təsirlərə məruz qalır və bu təsirlərin elmi əsaslarla araşdırılması zəruridir: “Bu baxımdan İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan dilinin İKT problemlərinin tədqiqinə xüsusi önəm verir və bu sahədə aparılan elmi araşdırmalara dəstək göstərir”.

Rasim Əliquliyev vurğulayıb ki, bu istiqamətdə görülən işlərə töhfə vermək hər bir alim və tədqiqatçının vətəndaşlıq borcudur. Real və virtual məkanda dövlət maraqlarının qorunması ana dilinə məsuliyyətli münasibət tələb edir.

Akademikin sözlərinə görə, institutda aparılan tədqiqatlar rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dilinin qorunması və inkişafına mühüm töhfə verir. Rəqəmsal mühitdə milli dilin mövqeyinin gücləndirilməsi, terminoloji bazanın zənginləşdirilməsi və dil resurslarının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Azərbaycan dilinin rəqəmsal ekosistemdə dayanıqlılığının təmin edilməsi üçün böyükhəcmli mətn korpuslarının yaradılması, süni intellekt əsaslı dil texnologiyalarının inkişafı və milli kontentin artırılması xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

azertag.az

Tweet
ELANLAR
  • 26.02.2026
    Riyaziyyat İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi