
Rusiya "Google" və "Telegram"ı 29 milyon cərimələdi
26.02.2026 / Maraqlı məlumatlar
Rusiyada "Google" və "Telegram" qanun pozuntusu səbəbilə cərimələnib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, "Google", "Google Play" vasitəsilə VPN xidmətlərinə çıxış təmin etməklə qanunun pozuntusu etdiyinə görə 22 milyon rubl (təxminən 288 min dollar) cərimələnib.
Həmçinin, "Telegram" tətbiq vasitəsilə spirtli içki satan və LGBT təbliğatını təşviq edən məzmunu silmədiyinə görə 7 milyon rubl (təxminən 91.680 dollar) cərimə edilib.
Qeyd edək ki, ölkədə "Apple", "Instagram", "TikTok" və "Facebook" kimi müxtəlif platformalar da əvvəllər oxşar səbəblərdən cərimələnib.


