
Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.
02.03.2026 / Xəbərlər
Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak ediblər. Müraciətlər əsasən iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və məşğulluq məsələləri ilə bağlı olub.
Nazir vətəndaşları dinləyib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.


