AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır

03.03.2026 / Xəbərlər

Azərbaycanda “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda kifayət qədər ambisiyalı və əhəmiyyətli istiqamətlər müəyyən olunub. Hesab edirik ki, Dövlət Proqramı məzunlarının da bu istiqamətdə böyük faydası olacaq. Artıq məktəblərdə rəqəmsal bacarıqları öyrənən şagirdlərin sayı 600 minə çatıb. STEAM təhsili 250 mindən çox şagirdi əhatə edir və bu say hər il artır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib. O bildirib ki, önəmli olan süni intellektin ayrıca fənn kimi tədrisi deyil, onun bütün fənlərin tədrisində necə tətbiq edilməsidir: “Yaxın illərdə hansı peşəyə yiyələnməsindən asılı olmayaraq, istənilən məzun və mütəxəssis süni intellektlə işləməyi bacarmalı, onu öz peşə fəaliyyətində səmərəli şəkildə tətbiq etməyi öyrənməlidir. Biz bu alətləri artıq praktik müstəviyə gətirə bilirik.

Bu yaxınlarda ilk məhsulumuz müəllimlər üçün süni intellektəsaslı köməkçi alətin istifadəyə verilməsi oldu. Bu, müəllimin öz işində süni intellektdən necə faydalana biləcəyinə dair çox yaxşı nümunədir. Müəllimlər bu alətdən dərsin təqdimatı, qiymətləndirmənin təşkili, dərs planlarının hazırlanması kimi istiqamətlərdə istifadə edə bilirlər. Növbəti mərhələdə isə əsas suallar bunlardır: Süni intellekti fizikanın tədrisində necə tətbiq edə bilərik? Riyaziyyatın tədrisində bu texnologiyalardan necə yararlana bilərik?

Hesab edirik ki, fundamental rəqəmsal biliklərə malik insanların sayı artmalıdır və bu proses artıq məktəblərimizdə gedir. Şagirdləri düzgün süni intellekt alətləri ilə tanış edə və onlara bu texnologiyanın mahiyyətini doğru şəkildə izah edə bilsək, gələcəkdə əmək bazarı üçün daha uğurlu və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirə bilərik”, - deyə nazir müavini qeyd edib.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi