AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Uşaqların internetdə qorunması üçün verilənlərin sanitarizasiyası üsulu təklif olunub

19.11.2020 / Xəbərlər

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyevanın həmmüəllifi olduqları “Protecting children on the internet using deep generative adversarial networks” (“Dərin generativ rəqib şəbəkələrdən istifadə edərək uşaqların İnternetdə qorunması”) adlı məqalə “Inderscience” nəşriyyatında dərc olunan “International Journal of Computational Systems Engineering” jurnalında çap olunub.

Tədqiqat işində uşaqların internet mühitində zərərli informasiyaya girişini idarə etmək üçün verilənlərin sanitarizasiyasını (təmizlənməsini) həyata keçirən Dərin Generativ Rəqib Şəbəkələr əsasında iki blokdan ibarət yanaşma təklif olunub. Yanaşmanın birinci blokunu generator adlı avtoenkoder dərin neyron şəbəkəsi, ikinci blokunu isə diskriminator adlı logistik reqresiya klassifikatoru təşkil edir. Təklif edilmiş yanaşmaya görə generator blokunun tərkibindəki avtoenkoder, müəyyən küy əlavə etməklə uşaqlar üçün təhlükəli hesab edilən sensitiv atributların transformasiyasını, diskriminator blokunun tərkibindəki logistik reqressiya isə transformasiya olunmuş verilənlərin klassifikasiyasını həyata keçirir.

Verilənlərin transformasiyası zamanı informasiyanın faydalılığını saxlamaq üçün təmizlənmiş verilənlərin gizlilik və faydalılıq dərəcələri gözlənilən risk şəklində ölçülüb və bu iki parametr arasında optimal konsensus minimax alqoritminin tətbiqi ilə əldə olunub. Zərərli şəkil təsvirləri üzərində aparılan eksperimentlərin nəticəsində klassifikasiya alqoritmi sensitiv verilənlər sinfini aşağı dəqiqliklə, sensitiv olmayan verilənlər sinfini isə yüksək dəqiqliklə tanıya bilib.

Qeyd edək ki, “International Journal of Computational Systems Engineering” (IJCSysE) jurnalı “Google Scholar”, “Academic OneFile (Gale)”, “cnpLINKer (CNPIEC)”, “Info Trac (Gale)” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi