AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Firefox istifadəçilərə AI funksiyalarını tam söndürmək imkanı verdi

03.03.2026 / Maraqlı məlumatlar

Demək olar ki, hər tətbiq və cihaz AI əsaslı xüsusiyyətlər təqdim etməyə başlayıb. Lakin Mozilla şirkətinin hazırladığı Firefox brauzeri bu dəfə fərqli yanaşma ilə çıxış edib. Şirkət yeni yayımladığı Firefox 148 versiyasında xüsusi “AI kill switch” funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə brauzerdəki bütün süni intellekt inteqrasiyalarını bir düymə ilə deaktiv etməyə imkan verir.
AI funksiyalarını söndürmək üçün istifadəçilər brauzeri ən son versiyaya yeniləməli, daha sonra Settings → AI Controls bölməsinə keçməlidirlər. Burada yerləşən “Block AI Enhancements” seçimini aktiv etdikdə brauzerdəki bütün AI əsaslı xüsusiyyətlər deaktiv edilir.
Bu dəyişiklik aşağıdakı funksiyaları əhatə edir:
Yan paneldə yerləşən ChatGPT və digər çatbot inteqrasiyaları
AI əsaslı link icmalları
Ağıllı tab qruplaşdırma təklifləri
Digər avtomatik süni intellekt alətləri
Qeyd edək ki, Mozilla əvvəlcə Firefox-u AI funksiyalarından uzaq saxlamağa çalışırdı. Lakin ötən ilin dekabr ayında şirkətin yeni baş direktoru Anthony Enzor-DeMeo süni intellekt inteqrasiyasının qaçılmaz olduğunu açıqlamışdı. Bu açıqlama istifadəçilər arasında ciddi narazılıq yaratmışdı. Təzyiqlərdən sonra Mozilla istifadəçilərə seçim azadlığı verəcəyini vəd etmişdi. İndi isə Firefox 148 yeniləməsi ilə bu vəd rəsmi şəkildə reallaşıb. Beləliklə, süni intellekt funksiyalarından istifadə etmək istəməyənlər üçün Firefox artıq tamamilə AI-sız rejim təqdim edir.

nmincom.gov.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi