AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Milli Proqramın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb

06.03.2026 / Xəbərlər

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” istifadəçiləri 98 mindən çox beynəlxalq təlimi uğurla başa vurublar. Artıq növbəti qrup istifadəçilər “Coursera” təhsil platformasında təlimlərə başlayıblar.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə icra etdiyi “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”istifadəçilərinin sayı 70 min nəfər olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, növbəti 7500 vətəndaş dörd həftə müddətində “Coursera” onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdən yararlanmağa başlayıb.

2025-ci ilin aprel ayından start verilən “Milli Proqram”ın icrası çərçivəsində istifadəçilər indiyədək “Coursera” platformasında 270 min təlimə qoşulub. Onlar 98 mindən çox təlimi uğurla tamamlayaraq beynəlxalq sertifikatlar əldə ediblər.

“Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə insan kapitalının inkişafı, bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsidir.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 375-dən çox ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətinin 18 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

İstifadəçi əlçatanlığının artırılması məqsədilə 2500 kurs Azərbaycan dilində altyazı ilə tərcümə edilib, ən çox tələb olunan 15 təlim isə süni intellekt əsaslı dublyaj olunub. Eyni zamanda, “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib.

Ölkənin bütün regionlarını əhatə edən proqram vasitəsilə iştirakçılar daha çox süni intellekt, data elmi, sənaye 4.0 texnologiyaları, layihələrin idarəedilməsi, analitik düşüncə, kibertəhlükəsizlik və kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş təlimlərdən faydalanırlar.

Hər bir Azərbaycan vətəndaşı https://form.4sim.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək bu imkandan yararlana və qlobal əmək bazarında rəqabətqabiliyyətli bacarıqlar əldə edə bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi