AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı

10.03.2026 / Maraqlı məlumatlar

Yer planetinin həqiqi yaşı uzun müddət alimlər arasında mübahisə mövzusu olub. İndi isə tədqiqatçılar bu suala daha dəqiq cavab tapmağa yaxınlaşıblar.

“Qaynarinfo.az”a istinadən xəbər verilir ki, Amerika Kimya Cəmiyyətinin (ACS) jurnalında dərc olunan yeni araşdırmada geoxronologiyada – Yer kürəsinin yaşını radioaktiv parçalanma vasitəsilə müəyyən edən elm sahəsində – "sirkon” mineralının rolu izah edilir.

Alimlər qədim sirkon kristallarında uranın parçalanma prosesini araşdıraraq Yer planetinin real yaşının təxminən 4,54 milyard il olduğu qənaətinə gəliblər.

Geoloq Rudi Molinekin sözlərinə görə, bu proses radioaktiv parçalanma ilə bağlıdır.

"Alimlərin ana izotop adlandırdığı uran radioaktiv şəkildə parçalanaraq qurğuşuna çevrilir. Bu proses zamanı atom nüvəsindən proton və neytronlar ayrılır. Qurğuşuna çevrildikdən sonra isə atom sabit olur və artıq radioaktiv sayılmır”, deyə o izah edib.

Alimlər bildiriblər ki, uran izotopları milyardlarla il ərzində tədricən qurğuşuna çevrilir və bu proses dəqiq zaman miqyası yaradır. Bu zaman miqyası süxurların və mineralların yaşını dəqiq müəyyən etməyə imkan verir.

Araşdırmada vurğulanır ki, sirkon bu proses üçün xüsusilə faydalı mineraldır.

Çünki o, uranı özündə saxlayan, lakin qurğuşunun daxil olmasına imkan verməyən xüsusi şəraitdə formalaşır. Nəticədə sirkon kristalları formalaşdıqları dövrdə mövcud olan uran izotoplarını qoruyub saxlayan bir növ "zaman kapsulu” rolunu oynayır.

Bundan əlavə, sirkon Yer planetinin formalaşma prosesini anlamaqda da mühüm rol oynayır.

Alimlərin sözlərinə görə, Kanadada yerləşən "Akasta” qneysində tapılmış və yaşı təxminən 4,02 milyard il olan ən qədim sirkon kristalları Yer kürəsinin erkən dövrləri haqqında çox qiymətli məlumatlar təqdim edir.

aqreqator.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi