AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək

11.03.2026 / Maraqlı məlumatlar

C/2026 A1 (MAPS) kometi yaxın günlərdə Günəşə çox yaxın məsafədən keçəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, komet böyük ehtimalla 2026-cı il aprelin 4-də Günəşə düşərək parçalanacaq və ya tam buxarlanacaq.

Alimlərin hesablamalarına əsasən, MAPS kometi 1106-cı ildə müşahidə olunmuş məşhur Böyük Kometin – X/1106 C1-in fraqmentlərindən biri ola bilər. Tarixi mənbələrdə qeyd edilən həmin komet orta əsrlərdə müşahidə edilmiş ən parlaq kometlərdən biri hesab olunur.

Bildirilir ki, komet Günəşə yaxınlaşdıqca onun nüvəsindəki buz və digər uçucu maddələr sürətlə buxarlanır. Bu proses güclü qaz və toz axınları yaradır; nəticədə kometin quyruğu sürətlə böyüyür. Günəşə çox yaxın məsafədə isə Günəş tacının yüksək temperaturu və güclü Günəş küləyi kometin nüvəsini dağıda bilər. Astronomların fikrincə, nüvəsinin ölçüsü təxminən 2 kilometr olan bu kometin Günəşə təxminən 750 min kilometr məsafədən keçdikdən sonra sağ qalma ehtimalı çox azdır.

Hazırda kometin parlaqlığı təxminən +11,6 ulduz ölçüsü səviyyəsindədir və yalnız teleskoplarla müşahidə edilə bilir. Hesablamalar göstərir ki, Günəşə yaxınlaşdıqca onun parlaqlığı sürətlə artacaq. Xüsusilə mart ayının son günlərində və aprelin ilk günlərində kometin parlaqlığının kəskin şəkildə artacağı gözlənilir. Bu zaman kometin quyruğunun sürətlə böyüyəcəyi və bəzi hallarda kiçik teleskoplar, hətta binokllarla müşahidə edilə biləcəyi ehtimal olunur.

Kometin parlaqlığının son günlərdə daha da artaraq adi gözlə görünməsi, hətta qısa müddət ərzində gündüz səmasında müşahidə olunması ehtimalı istisna edilmir.

Mütəxəssislərin sözlərinə görə, kometi müşahidə etmək üçün ən uyğun vaxt Günəş batdıqdan dərhal sonra, qərb istiqamətində təxminən 1–1,5 saat ərzində olacaq. Lakin kometin Günəşə çox yaxın yerləşməsi səbəbindən müşahidə aparmaq çətin ola bilər.

Kometin Günəşə son yaxınlaşma mərhələsi kosmik teleskoplar və Günəşi müşahidə edən xüsusi cihazlar – koronoqraflar vasitəsilə də izlənəcək. Bu müşahidələr kometlərin quruluşu, Günəşə yaxın mühitdə onların davranışı və Günəş küləyinin təsiri haqqında yeni məlumatların əldə olunmasına imkan verəcək.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi