AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlərimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar

24.11.2020 / Xəbərlər

Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan həqiqətlərindən və ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən bəhs edən AMEA alimlərinin məqalələrinin çapı bəzi Avropa ölkələrində ermənipərəst qüvvələrin və ermənilərin özlərinin iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb.

Bunu AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Vətən müharibəsi zamanı və hazırkı dövrdə ölkənin alimlərinin, akademiklərinin informasiya savaşında necə fəaliyyət göstərməsi haqda danışarkən deyib. O bildirib ki, bununla bağlı çətinliklərə baxmayaraq, alimlərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar:

“AMEA Qarabağ savaşının gedişində və ondan sonrakı dövrdə informasiya müharibəsində fəal iştirak edir. Akademiyanın prezidenti Ramiz Mehdiyev 73 ölkənin Elmlər Akademiyasının prezidentinə və universitet rektoruna mövcud vəziyyət və ermənilərin terrorçuluq fəaliyyəti barədə müraciət ünvanlayıb. Eyni zamanda akademiya adından Fransa Prezidenti Emmanuel Makrona tənqid dolu açıq məktub göndərilib. Bundan başqa, akademiyanın əməkdaşları ölkə mediasında və sosial şəbəkədə vaxtaşırı olaraq bu istiqamətdə çıxışlar edib. Bu çıxışlarda həm müharibənin gedişi prosesinə, həm də Ali Baş Komandanın apardığı döyüş əməliyyatlarına ziyalıların dəstəyi ifadə olunub. Eyni zamanda Qarabağın tarixi, ermənilərin buradakı mədəniyyət abidələrimizə vurduğu ziyanlar, toponimlərin erməniləşdirilməsi üçün onların törətdikləri bir çox vandalizm hərəkətləri, təbii sərvətlərdən qanunsuz istifadə və törədilən dağıntılarla bağlı çoxsaylı çıxışlar olub. Bu məqalələr ölkəmizlə yanaşı, xarici ölkələrdə də dərc olunub. Çox təəssüf ki, Almaniya, Niderland və digər Avropa ölkələrinə göndərilən məqalələrin çapı ermənipərəst qüvvələrin və ermənilərin özünün iştirakı ilə xeyli dərəcədə məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, alimlərimiz Bolqarıstan və Polşada həmkarları vasitəsi ilə Azərbaycan həqiqətləri barədə məqalələr çap etməyə nail oldular. Azərbaycan alimlərinin Çin saytlarında da bu barədə yazıları yer alıb. Həmçinin Şərq ölkələrində, ərəbdilli mətbuatda AMEA-nın bir çox əməkdaşının ərəb dilində bu mövzuda məqalələri çap olunub”.

İ.Həbibbəyli bildirib ki, bu istiqamətdə müharibədən sonrakı dövrdə də işlər görülür:

“Rəyasət Heyətində Qarabağ Elmi Bölməsinin yaradılması haqqında qərar qəbul edilib. Bu barədə ölkə rəhbərliyi qarşısında məsələ qaldırılması nəzərdə tutulur. Bundan başqa, AMEA-da Post-konfilikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb. Mərkəz müharibədən sonra bərpası aparılacaq ərazilərlə bağlı dövlət proqramına elmin, alimlərin dəstəyini təmin etmək məqsədi daşıyır. Eyni zamanda ermənilərin torpaqlarımızda törətdiyi təxribatların, abidələrimizə qarşı törətdikləri vəhşiliklərin elmi cəhətdən qiymətləndirilməsi və təyin edilməsi ilə bağlı onlayn konfransın keçirilməsi üçün hazırlıqlar da görülür”.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi