
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhərində vətəndaş qəbulu keçirib.
12.03.2026 / Xəbərlər
Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak ediblər. Müraciətlər əsasən iş yerinin dəyişdirilməsi, işə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşları dinləyib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.


