AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov: “Dövlət-Özəl-Akademik Əməkdaşlıq” platforması elmi tutumlu yüksək texnoloji, innovativ layihələrin həyata keçirilməsində mühüm rol oynayır”

13.03.2026 / Xəbərlər

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kibertəhlükəsizlik, rəqəmsallaşıma və süni intellekt sahəsində mühüm dövlət sənədlərinin imzalanması ölkədə rəqəmsal dövlətin, süni intellektin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etmiş, qarşımıza strateji vəzifələr qoymuşdur.

Bu fikirləri akademik Əli Abbasov açıqlamasında səsləndirib. Alim bildirib ki, cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusundakı müşavirə ölkənin gələcək onillik üçün texnoloji inkişaf trayektoriyasını müəyyən etmiş, ölkəmizdə rəqəmsal transformasiya sahəsində fundamental mərhələnin əsasını qoymuşdur.

Akademik Əli Abbasovun sözlərinə görə, cənab Prezidentin son dövrlərdəki çıxışlarında səsləndirdiyi fikirlərə, çağırışlara və qarşıya qoyduğu strateji vəzifələrə əsasən belə nəticəyə gəlmək olar ki, süni intellektin inkişaf perspektivləri Azərbaycanın bütün istiqamətlər üzrə inkişafının əsaslarından biri kimi qiymətləndirilir və bu sahəyə diqqətin daha da artırılması müasir dövrün tələbidir.

O, Azərbaycanın artıq qlobal çağırışlara, IV Sənaye İnqilabının tələblərinə uyğun olaraq iqtisadiyyatın və dövlət idarəçiliyinin tam rəqəmsallaşdırılması mərhələsinə daxil olduğunu bildirib, məhz bu strateji kursun məntiqi davamı kimi formalaşdırılan yeni rəqəmsal arxitektura konsepsiyasının ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm tarixi hadisə kimi dəyərləndirildiyini söyləyib.

AMEA-nın fəaliyyəti, ötən il ərzində həyata keçirdiyi tədbirlər, mühüm nəticələr haqqında hesabatı yüksək qiymətləndirən alim, bu istiqamətdə AR Elm və Təhsil Nazirliyi, AMEA, eləcə də ali məktəblərin səmərəli əməkdaşlıq əlaqələrinin müsbət nəticələr verdiyini, elmin inkişafını sürətləndirdiyini vurğulayıb.

O, milli dil korpusunun yaradılması məsələsinə də toxunaraq, bu istiqamətdə fəaliyyəti gələcəkdə milli süni intellekt sistemlərində həm milli-mənəvi dəyərlərimizin nəzərə alınması, həm də Azərbaycan dilinin qorunması və inkişafına xidmət edən mühüm addım kimi qiymətləndirib.

“Sevindiricidir ki, xüsusilə süni intellekt sahəsində intellektual idarəetmə, qərar qəbuletmə, planlaşdırma və təbii dil texnologiyaları kimi istiqamətləri əhatə edən tədqiqatlar artıq konkret real nəticələr verməkdədir”, – deyə akademik Əli Abbasov bildirib.

Alim, həmçinin media və informasiya mühitində baş verən transformasiyalardan bəhs edərək qeyd edib ki, yaxın gələcəkdə avtonom süni intellekt agentləri media mənbələri kimi fəaliyyət göstərə və onların yaydığı məlumatların tam nəzarətdə saxlanması çətinləşə bilər: “Bu şəraitdə vahid data ekosisteminin qurulması ölkə üçün strateji əhəmiyyətli məlumatların təhlükəsizliyinin qorunması və xarici asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Akademik Əli Abbasov ölkəmizdə elmi və texnoloji inkişafın sürətləndirilməsi üçün dövlət, özəl sektor və akademik mühit arasında əməkdaşlıq platformalarının yaradılması, eləcə də birgə innovativ, elmtutumlu layihələrin həyata keçirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.

science.gov.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi