
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP Azərbaycan ilə əməkdaşlığı çərçivəsində keçirilən birgə qrant müsabiqələrinin qalibləri açıqlanıb
16.03.2026 / Xəbərlər
Müsabiqədə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “WUF13 Tələbə Forumu” layihəsi 26 500 manat qrant qazanaraq birinci yerə layiq görülüb.
Qeyd edək ki, WUF13 — BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumudur. Forum şəhərlərin davamlı inkişafı, urbanizasiya və inklüziv şəhər mühitinin yaradılması ilə bağlı qlobal müzakirə platforması hesab olunur.


