AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri respublika elmi-praktiki konfransı keçiriləcək

18.03.2026 / Xəbərlər

03 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçiriləcəkdir.

Konfransın məqsədi kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahələrində aktual elmi-praktiki problemlərin müzakirəsi üçün intellektual dialoq platforması yaratmaq, bu istiqamətlərdə ölkədə aparılan fundamental və tətbiqi tədqiqatların cari vəziyyətinin dəyərləndirilməsi, gələcək problemləri və perspektivlərini müəyyən etməkdir.

KONFRANSIN ƏSAS İSTİQAMƏTLƏRİ

Kibertəhlükəsizliyin elmi-nəzəri əsasları və qabaqcıl texnologiyaları

Müasir idarəetmə və informasiya sistemlərinin kibertəhlükəsizliyi problemləri

Kiberhücumların aşkarlanması və kibertəhdidlərin analizi

Kibertəhlükəsizliyin hüquqi və etik aspektləri

Kritik informasiya infrastrukturu və sistemlərinin kibertəhlükəsizliyi

Kibertəhlükəsizlik üzrə təhsil və innovasiya

Rəqəmsal kriminalistikada süni intellekt texnologiyaları

Rəqəmsal izlərin və sübutların toplanması və analizi texnologiyaları

Kibercinayətlərin və kiberinsidentlərin rəqəmsal kriminalistikası

Rəqəmsal identifikasiya və davranış analizi texnologiyaları

Stasionar və mobil kiberfiziki sistemlərin və qurğuların rəqəmsal kriminalistikası

İnformasiya müharibəsi və rəqəmsal media kriminalistikası

Rəqəmsal kriminalistikanın hüquqi və institusional problemləri

Rəqəmsal kriminalistikanın elmi-metodoloji, kadr hazırlığı və təhsil problemləri

Məruzələrin tərtibatına dair tələblər:

Konfransın istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur;

Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar;

Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır;

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır;

Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır;

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (aze).doc);

Azərbaycan və rus dilində təqdim edilmiş məqalələrin sonunda məruzənin adı, xülasəsi və müəlliflərin ad və soyadları ingilis dilində əlavə edilməlidir;

Məruzə elektron şəkildə [email protected] ünvanına göndərilməlidir;

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar.

Mühüm tarixlər:

25 aprel 2026-cı il – Məruzələrin təqdim edilməsi üçün son tarix

12 may 2026-cı il – Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması

03 iyun 2026-cı il – Konfransın iş günü

Əlaqə məlumatları:

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

ETN İnformasiya Texnologiyaları İnstitutu

Telefon: (+994 12) 510-42-53; 539-01-67

E-poçt: [email protected]

science.gov.az

Tweet
ELANLAR
  • 26.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 18.03.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 18.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 18.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi