AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının iclası keçirildi

11.12.2020 / Elmi şuranın iclasları

11 dekabr 2020-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının online iclası keçirilmişdir. İclası İnstitutun direktoru, akademik Telman Əliyev açaraq şura üzvlərini bir daha Azərbaycan xalqının qələbəsi ilə təbrik etdi və möhtəşəm Qələbə Paradından söz açdı.

Sonra T. Əliyev İdarəetmə Sistemləri İnstitutunun elmi və elmi-təşkilati fəaliyyəti haqqında 2020-ci ilin hesabatını təqdim etdi. Akademik İnstitutda 5 il ərzində (2016-2020) aparılan 17 mövzu, 39 iş və 28 mərhələ üzrə elmi-tədqiqat işlərinin 2020-ci ildə başa çatdırıldığını qeyd etdi. T. Əliyev həmçinin, 2020-ci ildə Web of Science bazasında – 59, Scopus bazasında – 23 elmi əsərin çap edildiyini və 25 noyabr 2020-ci il tarixinə kimi İnstitutun alimlərinin əsərlərinə Web of Science bazasında  - 382 və  Google Scholar bazasında  - 1062 istinad verildiyini şura üzvlərinin diqqətinə çatdırmışdır. Direktor İnstitutun doktoranturasında 54 nəfərin, onlardan 13 doktorant və 41 dissertant olduğunu,  və magistraturasında 14 nəfərin təhsil aldığını söyləmişdir.

İclasın ikinci hissəsində T. Əliyev İnstitutun 2020-ci il ərzindəki nailiyyətlərini qeyd etmiş və AMEA-nın iqtisadi səmərə verə bilən və tətbiqi imkanları əhəmiyyəti yüksək olan, elmtutumlu problemlərə yönəlmiş strategiyasının bu gün İdarəetmə Sistemləri İnstitutunda da yerinə yetirildiyini söyləmişdir.

İclasda AMEA-nın akademik-katibi Əminağa Sadıqov çıxış etmişdir. O, başda Telman Əliyev olmaqla şura iştirakçılarını Zəfər münasibəti ilə təbrik etdi və Qələbə paradının  məzmunu və möhtəşəmliyindən söz açdı.  Ə. Sadıqov vurğuladı ki, bundan sonra alimlərin öhdəsinə daha da böyük vəzifələr düşür ki, öz elm və əməkləri ilə ölkə iqtisadiyyatına və siyasətinə hərtərəfli dəstək olsunlar. Ə. Sadıqov  İnstitutun profilini nəzərə alaraq, ölkənin müdafiə qüdrətinin artırılmasında, yeni texnologiyaların, proqram təminatlarının işlənib hazırlanmasında, İnstitut alimlərinin böyük rolu olduğunu və daha da geniş miqyasda imkanların olduğunu qeyd etmişdir. Akademik-katib İnstitutun alimləri tərəfindən yerinə yetirilən elmi-tədqiqat işlərini yüksək qiymətləndirmiş və onlara gələcək işlərində müvəffəqiyyət arzu etmişdir.

Sonra Elmi Şuranın Protokolundan irəli gələn məsələlər müzakirə edilmişdir.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi