AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanda süni intellekt inqilabı üçün düyməyə basıldı

02.04.2026 / Maraqlı məlumatlar

Süni intellektin (Aİ) tətbiqi günümüzdə bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur. Təhsil sahəsində fərdi öyrənmə proqramlarının hazırlanmasından tutmuş, səhiyyədə diaqnostika və müalicə proseslərinin sürətləndirilməsinə, nəqliyyatda təhlükəsiz və səmərəli sistemlərin qurulmasına qədər Aİ geniş imkanlar yaradır. Eyni zamanda media və informasiya sahəsində süni intellektin istifadəsi xəbərlərin hazırlanmasını sürətləndirir, məlumatın dəqiqliyini artırır və cəmiyyət üçün yeni imkanlar açır. Bu inkişaflar süni intellekti müasir texnologiya dünyasının əsas istiqamətlərindən birinə çevirir.

Bu barədə texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Demokrat.az-a açıqlamasında deyib ki, ölkəmizdə bu istiqamətdə kifayət qədər kompleks işlər həyata keçirilir:

“Prezident tərəfindən fevral ayının sonunda ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi ilə bağlı vahid fəaliyyət planı qəbul olunub. Bu çərçivədə müxtəlif dövlət qurumlarının, eləcə də təhsil və elm sahəsində fəaliyyət göstərən təşkilatların qarşısında konkret vəzifələr qoyulub. Artıq ölkəmizdə rəqəmsallaşma və rəqəmsal transformasiya elə bir mərhələyə çatıb ki, süni intellektin tətbiqi üçün münbit şərait formalaşıb. Son 20 ildən artıq müddətdə informasiya-kommunikasiya texnologiyaları dövlətin müxtəlif sektorlarında - dövlət idarəçiliyində, biznes mühitində, vətəndaş cəmiyyətində və ümumilikdə insanların gündəlik həyatında geniş şəkildə tətbiq olunmağa başlayıb. Bu gün mobil telefonlar və kompüterlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar informasiya tələbatlarını virtual mühitdə ödəyir, eyni zamanda həm daxili, həm də qlobal əmək bazarında öz imkanlarını reallaşdırırlar. Onlayn iş fəaliyyəti, xidmətlərin göstərilməsi, ödənişlər və ticarət əməliyyatları artıq gündəlik həyatın bir parçasıdır. İnformasiya-kommunikasiya texnologiyaları ölkəmizdə rəqəmsal dövlət xidmətlərinin əsasını təşkil edir. Elektron xidmətlərdən geniş istifadə olunur və bu, artıq gündəlik həyatımızda aydın şəkildə hiss edilir. Müxtəlif sahələrdə - dövlət, biznes, bank və maliyyə sektorlarında böyük həcmdə məlumatlar (data) toplanır. Bu məlumatların etibarlı saxlanılması, emalı və idarə olunması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır”.

O bildirib ki, bu çərçivədə data mərkəzlərinin yaradılması, superkompüter infrastrukturu ilə təminat, milli data ekosisteminin formalaşdırılması kimi məsələlər dövlət siyasətində və strateji sənədlərdə öz əksini tapıb:

“Məhz bu səbəbdən süni intellektin inkişafı üçün ölkədə əlverişli mühit yaranıb. Güclü kommunikasiya infrastrukturu, geniş internet əhatəliliyi, dövlət qurumlarında böyük həcmdə məlumatların toplanması və onların emalına olan ehtiyac milli süni intellekt ekosisteminin formalaşmasını sürətləndirir. Prezident bu məsələyə xüsusi diqqət ayırır və rəqəmsallaşmanın yeni mərhələsi kimi süni intellektin müxtəlif sahələrdə tətbiqi prioritet istiqamət kimi müəyyən olunub. Dövlət qurumlarında süni intellekt əsaslı sistemlərin və agentlərin tətbiqi, məlumatların təhlili və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi bu istiqamətdə görülən işlər sırasındadır. Digər ölkələrlə müqayisədə Azərbaycan bu sahədə geri qalmır. Mövcud beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi ildən-ilə yaxşılaşır. Azərbaycan həm də süni intellekt üzrə dövlət strategiyasını qəbul edən azsaylı ölkələrdən biridir. Artıq təhsil sistemində də bu istiqamətdə addımlar atılır. Orta məktəblərdə süni intellektlə bağlı biliklərin tədrisi nəzərdə tutulur ki, gələcək nəsillər erkən yaşlardan bu sahədə bilik və bacarıqlara yiyələnsinlər və rəqəmsal cəmiyyətin fəal üzvlərinə çevrilsinlər. Bu prosesdə kibertəhlükəsizlik məsələləri də xüsusi əhəmiyyət daşıyır. Dövlət siyasətində texnologiyaların təhlükəsizliyi, vətəndaşların şəxsi məlumatlarının qorunması və ölkənin kibertəhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdən biridir və bu sahədə ayrıca strategiyalar mövcuddur. Bütün bu istiqamətlər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilir və dövlət qurumları üzərlərinə düşən vəzifələri sistemli və ardıcıl şəkildə icra edirlər. Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu da bu prosesdə fəal iştirak edir. İnstitut süni intellekt texnologiyalarının elmi-nəzəri əsaslarının inkişafı, onların tətbiqi, dövlət proqramlarında iştirak və müvafiq təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərir. Bu sahədə beynəlxalq əməkdaşlıq da xüsusi yer tutur. Azərbaycanın xarici siyasət prioritetlərindən biri inkişaf etmiş ölkələr, qabaqcıl elmi mərkəzlər və texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsidir. Bu əməkdaşlıq çərçivəsində kadr hazırlığı, yeni texnologiyaların ölkəyə gətirilməsi və qabaqcıl təcrübələrin tətbiqi həyata keçirilir. Bu gün Azərbaycanın rəqəmsal inkişafı artıq reallıqdır. Dövlət tərəfindən bu sahəyə göstərilən yüksək diqqət və dəstək nəticəsində yaxın gələcəkdə süni intellektin real nəticələrini, məhsullarını və imkanlarını gündəlik həyatımızda daha geniş şəkildə görəcəyimiz gözlənilir”.

demokrat.az

Tweet
ELANLAR
  • 01.04.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 01.04.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 01.04.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 01.04.2026
    14–15 may 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universiteti “Süni intellekt: nəzəriyyədən praktikaya” III Beynəlxalq Elmi Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi