
Agentlik: Azərbaycanlı tələbələr Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Özbəkistanda təhsil ala biləcəklər
06.04.2026 / Xəbərlər
Bu ildən etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində namizədlərin müxtəlif ixtisas istiqamətləri üzrə Özbəkistanda təhsil alması gözlənilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


